CHP yetkilisindən erməni “soyqırımı”nı dəstəkləyən paylaşım - FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatının başçısı Canan Kaftancıoğlunun qondarma erməni soyqırımını dəstəkləməsi ilə bağlı paylaşımı sosial mediada yenidən gündəm olub.

Gununsesi.info Sabah.com-a istinadən xəbər verir ki, o, sözügedən paylaşımı 24 aprel 2013-cü ildə Twitter-də edib. Kaftancıoğlu paylaşımında “erməni soyqırımı”ndan bəhs edərək “23 apreldən sonrakı gün hansıdır? Bilmək istəməyənlər üçün ipucu : 1915” deyə yazıb.

HTML tutorial

Saxta erməni soyqırımının növbəti ildönümünün keçirildiyi bu günlərdə CHP yetkilisinin bu sözlərini xatırladan Türkiyə mediası onu qınayıb.

Qeyd olunur ki, hər il ermənilərin təşəbbüsü ilə qondarma erməni soyqırımı ilə bağlı bir çox ölkələrdə anma tədbirləri keçirilir: “Türkiyə tarixi sənədlərin işığında haqq işini davam etdirir. Lakin Canan Kaftancıoğlu qondarma soyqırımı qanuniləşdirmək üçün indiyədək çoxlu belə açıqlamalar verib”.

Gununsesi.info