Türkiyə Superliqasında XX tur davam edir.
Gununsesi.org-un məlumatına görə, bu gün daha 4 qarşılaşma baş tutub.
Autsayderlərin duelində “Ankaragücü” ilə “Kasımpaşa” xalları yarı bölüblər.
Zirvə mübarizəsindən qopmaq istəməyən “Alanyaspor” öz meydanında “Yeni Malatyaspor” üzərində minimalhesablı qələbə qazanaraq, turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyub.
Lider “Sivasspor” Qaziantep səfərində gözlənilmədən böyük hesabla yenilib. Bu, sivasslıların cari mövsümdə 3-cü məğlubiyyəti olub.
“Qalatasaray” isə autsayder “Kayserispor”u qəbul edib. Sensasiyaya imkan verməyən “cim-bom” liderlə aradakı xal fərqini 5-ə endirib.
Qeyd edək ki, “Dənizlispor” – “Göztəpə” oyunu bu gün (21:00) keçiriləcək.
Türkiyə Superliqası
XX tur
2 fevral
“Ankaragücü” – “Kasımpaşa” – 1:1
Rodriges, 50 (pen.) – Tiam, 7
“Alanyaspor” – “Yeni Malatyaspor” – 2:1
Bakasetas, 45+1; Sisse, 48 (pen.) – Çebake, 90+3
“Qaziantep” – “Sivasspor” – 5:1
Maksim, 4, 44; Muhammet Dəmir, 39; Diarra, 78; Özər, 86 – Hakan Arslan, 31
“Qalatasaray” – “Kayserispor” – 4:1
Adəm Büyük, 5; Donk, 21; Fequli, 64, 90+4 – Mesanoviç, 70
1 | Sivasspor | 20 | 12 | 5 | 3 | 39-23 | 41 |
2 | Başakşəhər | 20 | 11 | 6 | 3 | 39-21 | 39 |
3 | Trabzonspor | 19 | 11 | 5 | 3 | 43-20 | 38 |
4 | Alanyaspor | 20 | 11 | 5 | 4 | 40-19 | 38 |
5 | Fənərbaxça | 20 | 11 | 4 | 5 | 39-23 | 37 |
6 | Qalatasaray | 20 | 10 | 6 | 4 | 32-17 | 36 |
7 | Beşiktaş | 20 | 10 | 3 | 7 | 31-27 | 33 |
8 | Göztəpə | 19 | 8 | 5 | 6 | 24-21 | 29 |
9 | Qaziantep | 20 | 7 | 6 | 7 | 31-32 | 27 |
10 | Yeni Malatyaspor | 19 | 6 | 6 | 7 | 34-28 | 24 |
11 | Çaykur Rizəspor | 20 | 7 | 3 | 10 | 21-30 | 24 |
12 | Dənizlispor | 19 | 6 | 4 | 9 | 20-28 | 22 |
13 | Gənclərbirliyi | 20 | 5 | 6 | 9 | 30-37 | 21 |
14 | Konyaspor | 20 | 4 | 7 | 9 | 16-27 | 19 |
15 | Antalyaspor | 20 | 4 | 6 | 10 | 18-36 | 18 |
16 | Kasımpaşa | 20 | 4 | 4 | 12 | 28-43 | 16 |
17 | Ankaragücü | 20 | 2 | 8 | 10 | 17-37 | 14 |
18 | Kayserispor | 20 | 2 | 5 | 13 | 19-52 | 11 |
Gununsesi.org
COMMENTS