Portuqaliyalı ulduz Kriştiano Ronaldo komanda yoldaşına dəstək verib.
Gununsesi.org xəbər verir ki, futbolçu türk həmkarı Merih Demiralın zədələnməsindən sonra onunla bağlı paylaşım edib.
Ronaldo şəxsi Instagram hesabında paylaşdığı fotoya “Tezliklə sağal, dostum” deyə qeyd yazıb.
Qeyd edək ki, Merih Demiral ötən gün baş tutan “Roma” – “Yuventus” matçında 3-cü dəqiqədə qol vurub. Futbolçu matçın 15-ci dəqiqəsində zədələnərək oyundan çıxarılıb.
COMMENTS