Burkina-Fasonun şimalında silahlıların hücumu nəticəsində təxminən 20 dinc sakin həlak olub.
Gununsesi.org xəbər verir ki, bu barədə “Agency France Presse” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum şənbədən bazar gününə keçən axşam Seno əyalətinin Lamdamol kəndində olub.
“Naməlum silahlılar Lamdamol kəndinə hücüm etdilər, təxminən 20 dinc sakin öldürülüb”, – mənbə bildirib.
O, əlavə edib ki, silahlılar motosikletlərdə hərəkət ediblər.
Gununsesi.org
COMMENTS