Belçikada bıçaqla silahlanmış naməlum qadın ətrafdakılara hücum edib.
Gununsesi.org xəbər verir ki, bu barədə yerli “Het Laatste Niews” qəzeti bildirib.
Məlumata görə, hadisə Qent şəhərinin mərkəzində olub. Polis hadisəni törədən silahlı şəxsə atəş açıb. Nəticədə o, əlindən yaralanıb.
Cinayətkar saxlanılıb. İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər yaralanıb. Onlardan biri qarnından, digəri əlindən xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.
Gununsesi.org
COMMENTS