Biləsuvarda kütləvi zəhərlənmə:Bir ailənin dörd üzvü təcili Bakıya gətirildi

Biləsuvarda kütləvi zəhərlənmə:

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər.

Ailə üzvlərinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS