Məşhur MMA döyüşçüsünün ölümü ilə bağlı cinayət işi başlanılıb. Gununsesi.org-un verdiyi xəbərə görə, 11-ci sinif şagirdi olan Arzuman Abbasovun meyiti yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evin hamam otağında tapılıb.
İlkin məlumata görə, o, çimərkən dəm qazından boğularaq ölüb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Ölümün səbəbinin dəqiq bilinməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
COMMENTS