Bu gün mətbuatda Sərdar Cəlaloğlunun adından “Mən və qardaşım Qurban Məmmədov Əli Həsənovdan tapşırıqlar alırdıq” başlıqlı xəbərlər yer alıb. Həmin xəbərlərdə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlun adından “Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü” kimi məlumatlara yer verilmişdi.
Gununsesi.org xəbər verir ki, məsələ ilə bağlı Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında yazılanların şər-böhtan olduğunu, hücumun isə şirkət prezidentlərindən birinin tapşırığı ilə xaker qrupları tərəfindən təşkil olunduğunu iddia edib:
“Bunu yazanlar çox şəxsiyyətsiz adamlardır. Mənim adımdan açıqlamanı verən sayt “hurriyyet.org” isə əlimizdə olan məlumatlara görə şirkət prezidentlərindən birinə məxsusdur”.
Cəlaloğlu əlavə edib ki, yazı ondan qisas məqsədi ilə yazdırılıb. Partiya sədri həmçinin bu açıqlamanı yayan saytı məhkəməyə verəcəyini bildirib: “Məhkəməyə verərik, ağılları başlarına gələr. Mən elə bir açıqlama verməmişəm. Yazılanlar şər-böhtandır”.
COMMENTS