Moody’s: ABŞ-İran gərginliyi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq

Moody’s: ABŞ-İran gərginliyi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasındakı gərginliyin uzun müddət davam etməsi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi “Moody’s” acıqlamasında bildirib.

“Uzunmüddətli gərginliyin dünya iqtisadiyyatına potensial təsirləri olacaq, gərginlik xüsusən neft qiymətlərinə güclü təsir edəcək”, –  deyə reytinq agentliyinin acıqlamada qeyd edilib.

Məlumata görə, iki ölkə arasındakı gərginlik Yaxın Şərqdə sadəcə neft qiymətlərinə deyil bank, turizm kimi qeyri-neft sektorlarına da ciddi təhlükə yaradır.

 

Gununsesi.org

COMMENTS