İran Ali Məclisi ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qanun layihəsini qəbul edib.
Gununsesi.org-un “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd yanvarın 7-də açıq iclasda səsvermə zamanı yekdilliklə təsdiqlənib. Vəsatəti parlamentin sədr heyəti və Büdcə İnteqrasiya Komissiyasının üzvləri də daxil olmaqla 206 deputat imzalayıb.
Sənədə əsasən, İran rəhbərliyi “Qüds” qüvvələrinin müdafiə gücünü gücləndirmək üçün onu Milli İnkişaf Fondu vasitəsi ilə 200 milyon avro ilə təmin etməyə borcludur.
Qərar yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Quds” briqadasının generalı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq qəbul edilib.
COMMENTS