Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri ölkənin cənub hissəsində İsrail helikopterlərinin raket zərbələrini dəf edib.
Gununsesi.org bildirir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, hücum Qolan yüksəkliklərindən Əl-Kuneytra bölgəsindəki Suriya ordusunun mövqelərinə edilib.
Hadisə zamanı xəsarət alanların olması ilə bağlı məlumat verilməyib.
Gununsesi.org
COMMENTS