Şahbuzda su anbarından meyit tapıldı

  • By ilhame
  • 22 Oktyabr 2023 09:45

Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat Naxçıvan FHN-in “112” qaynar telefon xəttinə daxil olub.

Əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Gununsesi.info