Fransa Ermənistana silah satacağını rəsmən açıqladı

  • By ilhame
  • 22 Oktyabr 2023 10:27

Ermənistan Fransadan silah alır.

Gununsesi.info xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Le Parisien” nəşrinə müsahibəsində bildirib.

“Bazar günü biz Ermənistanın fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, – deyə nazir bildirib.

O qeyd edib ki, söhbət xüsusilə Ermənistanın hava məkanını qoruyacaq müqavilənin imzalanmasından gedir.

Gununsesi.info