
İsrail qoşunları Suriyanın Hələb və Dəməşq beynəlxalq hava limanlarına aviazərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, aviazərbələr nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Bundan başqa, hər iki hava limanında uçuş-enmə zolaqlarına da maddi ziyan dəydiyi, onların yararsız hala düşdüyü bildirilir.
Gununsesi.info