
Türkiyədə təyyarə qəzası baş verib.
Gununsesi.info TRT HABER”ə istinadən xəbər verir ki,olay zamanı 2 nəfər ölüb. Təhlükəsizlik kameralarının görüntülərinə əks olunan videodan məlum olur ki, hava nəqliyyat vasitəsi yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Meşəlik əraziyə yaxın yerdə baş verən qəza zamanı ətrafı alovlar bürüyüb.
Türkiyənin Bursa şəhərində yaşanan olayla bağlı hələlik bu ölkənin rəsmiləri geniş açıqlama verməyiblər
Tərcümə: Arzu Sayadoğlu