Səfirdən Paşinyana ağır sözlər

Azərbaycanın Bosniya, Herseqovina və Monteneqrodakı səfiri Vilayət Quliyev Ermənistan baş naziri Nikol Paşinyanın Çexiyada ölkəmiz əleyhinə səsləndirdiyi bəyanata münasibət bildirib.

Gununsesi.info səfirin sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir: Paşinyan Praqada yenə bir aləm hətərən-pətərən danışıb.

HTML tutorial

Orada da xahiş edib ki, Azərbaycana sanksiyalar tətbiq edin. Niyə? Sənin Azərbaycan vətəndaşı olan 5-6 dılğır erməninə görə? Yenə ortalığa düşüb ki, Azərbaycan mənim 28 800 kv. km.(əslində 28 730, arada basa-basa salıb 70 kv. km də buradan qoparmaq istəyir, yəni Qazağın işğal olunmuş 7 kəndini və s. özününküləşdirir) ərazimi tanısın, bu iş bitsin.

Amma demir ki, mən də heç bir qeyd-şərt irəli sürmədən Azərbaycanın 86 600 kv.km. ərazisiniz tanıyıram. Əksinə, Laçın yolunun açılmasını, Qarabağa fakttoplama missiyasının göndərilməsini tələb edir. Bir sözlə, məğlub kimi kömək istəmir, qalib kimi şərt irəli sürür. Ənənəvi erməni həyasızlığı… Ona görə də günün şüarları: “Siz sülh istəmirsinizsə, biz dünəndən istəmirik” və “Biz hərb istəmirik, hərbə hazırıq!”

 

Şəbnəm

Gununsesi.info