Ruslar Ukraynaya rekord sayda PUA göndərdi

Bu gün cəbhə xəttində, xüsusən də cənub istiqamətində rusların çoxlu sayda PUA-sı var var. Ancaq A-50 təyyarələrinin fəaliyyəti qeydə alınmır.

Gununsesi.info UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində bildirib.
“Cənub istiqamətində, Dnepr boyunca, xüsusən də SUPERCAM, ZALA, “Orlan” kimi çoxlu müxtəlif tipli PUA-lar var. Həmçinin Xarkov vilayətində onlar bütün demarkasiya xətti boyunca hava kəşfiyyatını gücləndirirlər, hansısa əməliyyatı planlaşdırmaq üçün daha çox məlumat əldə etmək istəyirlər”, – deyə o, bildirib.
Onun sözlərinə görə, Rusiya bir neçə gündür ki, A-50 təyyarəsini “ölüm yolu”na buraxmır, onlardan biri isə ötən gün vurulub.
“Onlar artıq üç gündür ki, yoxa çıxıblar. A-50-lər praktiki olaraq hər gün İl-22-nin müşayiəti ilə uçurdular”, – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri bildirib.
Eyni zamanda, o qeyd edib ki, pilotsuz təyyarələr kəşfiyyat üçün bu təyyarəni əvəz etməyəcək, çünki “onun başqa funksiya və tapşırıqları var”.
İqnat qeyd edib ki, ilk A-50-nin vurulmasından sonra bu tip digər təyyarəni vurulmasın deyə daha uzaq məsafəyə geri çəkiblər.
O, xatırladıb ki, bu təyyarə ruslara Ukraynadakı hava vəziyyəti və hava hücumundan müdafiə sistemləri barədə son dərəcə vacib məlumatlar verib.
Gununsesi.info