Beynəlxalq təşkilatdan həyəcan təbili: Qəzza sakinləri aclığın astanasındadır

Qəzza zolağı ciddi ərzaq qıtlığı ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Caqan Çapaqeyn sosial şəbəkədəki hesabında məlumat yayıb.

O vurğulayıb ki, eksklavda aclıq riski “hər gün artır”.

Çapaqeyinin sözlərinə görə, Qəzza əhalisinin təxminən 80 faizi hazırda ciddi qida çatışmazlığının təsiri ilə üzləşib.

“Sığınacaqlarda olan 1 milyondan çox uşaq və yaşlı insan susuzlaşdırma, həzm, tənəffüs və dəri xəstəlikləri, həmçinin anemiya riski altındadır”, – baş katib Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatlarına istinadən bildirib.

Federasiya rəhbəri yenidən Qəzza zolağına humanitar yardımların təhlükəsiz və maneəsiz daxil olmasına çağırıb.

Gununsesi.info