
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 218 500 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 965 tank, 7 683 zirehli maşın, 3 812 artilleriya sistemi, 606 reaktiv yaylım atəşi sistemi, 364 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 301 helikopter, 3 357 PUA, 1 199 qanadlı raket, 18 gəmi/qayıq, 6 519 avtomobil texnikası və avtosistern, 519 xüsusi texnikadan ibarətdir.
Gununsesi.info