
Qırğızıstanda dağdan toplanan gillər şəfa məqsədli istifadə edilir. Təəccüblənə bilərsiniz, ancaq bu ölkədə insanlar gil yeyirlər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xalq daha sağlam olmaq üçün gil yeməyə üstünlük verir.
Uzun zamandan bəri bu yöndəmə baş vurulsa da, doktorlar belə bir işin doğru olmadığını söyləyirlər.
Ovuc-ovuc gil yeyən vətəndaşlar bunu marketlərdən və dükanlardan kiloqramlarla alırlar.
Qırğız türkləri gil yemənin qansızlığa, dəmir azlığına və hamilə qadınlara yaxşı təsir etdiyini düşünür.
Tərcümə: Arzu