“Bakıda 85 nəfərə 1 taksi düşür” -Tahir Mirkişili

“Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişirinlərin isə şikayəti çoxalmaqdadır. Bakıda istifadə olunan taksi gedişlərini 60%-i 1.5-3 km məsafə üçün istifadə olunur”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

HTML tutorial

“İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmada azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. Qeyd edim ki, məsələn, İstanbulda taksi sayı üçün kvota vardır, bu il üçün kvota 17 325 ədəd müəyyən edilib, əhali 15 mln. Bakı 2.4 mln – 28 000 (hər 85 nəfərə 1 taksi, İstanbulda hər 865 nəfərə 1 taksi)”.

Gununsesi.info