Tokayev Rusiya səfirini vəzifəsindən azad etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevi respublikanın Rusiyadakı səfiri vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Sərəncamında deyilir: “Yermek Bedelbayeviç Koşerbayev Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilərək Şərqi Qazaxıstan vilayətinin sədri təyin edilsin”.

Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstan Mərkəzi Asiya regionunun geosiyasi qarşıdurma meydanına çevrilməsini qəbul etmir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info