MARAQLI: Torpaq aldı, özünə ölkə qurdu – Milli pulu, passportu və 4500 vətəndaşı var / FOTOLAR

  • By arzu
  • 16 İyun 2023 09:19

Amerikalı Randy Wiliams dünyada bir yeiliyə imza atıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Randy 19 min dollara 44 kvadrat kilometrlik torpaq sahəsi aldıqdan sonra hazırlıqlara başlayıb.

HTML tutorial

Dünyanın xəritədəki bütün ölkələrini gəzən Randy bu dəfə özü ölkə qurub.

Amerikalı bir radio aparıcısı Randy Wiliams qurduğu ölkəyə Slowjamastan adını verib.

Öz milli passportu, milli pulu var.

Başlanğıcda 500 nəfər olan vətəndaşları hazırda 4500-ə yüksəlib.

Slowjamastanda sərhəd polis məntəqəsi var.

Slowjamastan sultanı Randy BMT üzvü ölkələrlə diplomatik əlaqələr qurmaq üçün gərgin əmək sərf etdiyini söyləyir.

Slowjamastanın Rakun adlı milli heyvanı da var.

Sultan Randy ölkədə yeni tikinti işləri gerçəkləşdirməkdə qərarlıdır. Randy ölkəsinə yaxın zamanda bir su yolu və həyat təsərrüfatı inşa etməyi planlaşdırır.

 

Tərcümə: Arzu

Gununsesi.info