
Gürcüstanın məşhur 4GB elektron musiqi festivalı bu il baş tutmayacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təşkilatçılar “xarici agentlər haqqında” qanuna qarşı davam edən aksiyalar səbəbindən tədbiri ləğv etmək qərarına gəliblər.
“Ölkədəki vəziyyətə əsaslanaraq festivalın bu günlərdə keçirilməsini əsassız hesab edirik. Gürcüstanın Avropa gələcəyi üçün mübarizə aparan hər kəsə tam dəstəyimizdir”-deyə bildirilib.
Məlumata əsasən biletləri gələn il istifadə etmək və ya geri qaytarmaq olar.
Qeyd edək ki, 4GB Gürcüstanda elektron musiqinin qabaqcılı, DJ Georgiy Bakanidzenin şərəfinə təsis edilən illik musiqi festivalıdır. İlk dəfə 2011-ci ildə keçirilmiş, illər ərzində 4GB bütün regionda ən görkəmli musiqi hadisələrindən birinə çevrilmişdir.
Festival hər il may ayında Tbilisi yaxınlığındakı Saquramoda açıq ərazidə bir neçə gün keçirilir.
Gununsesi.info