Rusiyada koronavirusun gözlənilən pik vaxtı açıqlandı

Rusiyada koronavirusun gözlənilən pik vaxtı açıqlandı

“Ölkədə koronavirus pandemiyasının pik həddi mayın ortalarında gözlənilir”.

Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi  Dmitri Peskov bildirib. Onun sözlərinə görə, koronavirusa yeni yoluxma faktının mayın sonlarında azalacağı gözlənilir.

“hazırda bu göstərici yüksəlir, ancaq səhiyyə sisteminə təhlükə yaradacaq səviyyədə deyil”, – deyə Peskov bildirib.

Qeyd edək ki, hazırda Rusiyada 57 min 999 nəfər koronavirus xəstəsi var, 513 nəfər dünyasını dəyişib.

 

 

Gununsesi.org

COMMENTS