Rusiyada koronavirusa yoluxanların sayı 81 minə yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 81 minə yaxınlaşır

Rusiyada son sutka ərzində daha 6 min 361 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Gununsesi.org-un verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 80 min 949 nəfərə çatıb.

Son sutka ərzində 66 nəfərin öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı isə 747-ə çatıb. Sağalanların sayı 6 min 767 nəfərdir.

Gununsesi.org

COMMENTS