Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gununsesi.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-12, gündüz  17-20, Bakıda  gecə 10-12, gündüz  17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. 

Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti olacaq.

Gununsesi.org

COMMENTS