Rusiya Xarkovda oteli vurdu: 13 yaralı

Rusiya ötən gecə Xarkovdakı oteli vurub.

Gununsesi.info xəbər verir ki, rəsmilər biri xarici jurnalist daxil olmaqla 13 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin xilasetmə qrupları Rusiyanın Xarkov şəhərindəki oteli iki raketlə vurduğunu, otel işçiləri və qonaqların da olduğu ümumilikdə 13 nəfərin yaralandığını açıqlayıb.
Otelin qonaqlarından birinin əcnəbi jurnalist olduğunu bildirən rəsmilər hücumun yerli vaxtla saat 22.30 radələrində baş verdiyini bildiriblər.
Qeyd olunub ki, 3 mərtəbəli otelə və onun ətrafında dayanan maşınlara 2 raket düşüb, maşınlar yanaraq yararsız hala düşüb.