
Ordu bölmələri Ekvadorun bir çox bölgəsində baş verən zorakılıq hadisələrini nəzarət altına almaq üçün müdaxilə edib. Ekvador prezidenti Daniel Noboa, “onlar bandalarla müharibədə olduqlarını” ifadə edərək, “Biz bu terrorçulara təslim ola bilmərik” deyib.
Gununsesi.info xəbər verir ki, ölkədə yayımlanan “Radio Canela”ya danışan Ekvador prezidenti Daniel Noboa bandalarla “heç bir danışıqların aparılmayacağını” və bu qrupların indi “qanuni hədəflərinin” olduğunu bildirib.
Noboa vurğulayır ki, Ekvador zorakılıq zolağından keçir.
“Biz müharibə vəziyyətindəyik, bu terrorçulara təslim ola bilmərik. Təhlükəsizliyi aradan qaldırmaq üçün lazım olanı edirik. Bu dəstələr televiziya yayımına basqın edərək, təhlükəsizlik qüvvələrini girov götürərək prezidenti yola gətirəcəklərini düşünürlər, lakin buna nail ola bilməyəcəklər”, – deyə o əlavə edib.
Dəstələrin əlində girov olan təhlükəsizlik qüvvələrini xilas etmək üçün əllərindən gələni etdiklərini ifadə edən Noboa cinayət təşkilatlarına qarşı başlatdıqları müharibəni qətiyyətlə davam etdirəcəklərini bildirib.
Noboa ölkədəki hakim və prokurorlara səslənərək qeyd edib ki, dəstə başçılarına qarşı “müsbət” qərarlar qəbul etsələr, onlara da “terrorçu” kimi yanaşılacaq.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş baş verən və zorakı cinayəti ehtiva edən hadisələri pisləyib. Ekvadorda baş verənlərlə bağlı BMT-dən kömək istəmədiyi bildirilib.
Gununsesi.info