Razi Nurullayev 40 min imzanı necə toplayıb? - ÖZÜ DANIŞIR

  • By admin
  • 07 Yanvar 2024 13:29

Xəbər verdiyimiz kimi, İlham Əliyevdən sonra daha iki şəxsin Prezidentliyə namizədliyi rəsmi olaraq təsdiq edilib. 

Bunlardan biri də Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevdir.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə Prezidentliyə namizəd statusu almaq üçün 40 min seçicinin imzası tələb olunur.

 

Onu da xatırladaq ki, bir neçə ay əvvəl yeni “Siyasi Partiyalar Haqqında ” qanunun tələbinə görə yenidən qeydiyyata alınmaq üçün Milli Cəbhə Partiyasınln təqdim etdiyi 5 min üzvün siyahısında qüsurlar olduğundan əlavə müddət verilmişdi.

Bəs görəsən, Razi Nurullayev indi 40 min imzanı  bu qədər qısa zamanda necə toplaya bilib?

Gununsesi.info-ya açıqlamasında Nurullayev özü barədə danışıb.

Onun sözlərinə görə, Milli Cəbhə Partiyası bu imzaları 60 seçki dairəsinin hüdudlarından toplayıb:  “Seçki Məcəlləsinin tələb etdiyi qaydada imzalar toplanıb və MSK-YA təqdim edilib. Yoxlamalardan sonra 40 mindən artıq imzaları həqiqi sayaraq dünən MSK mənim prezidentliyə namizədliyimi qeydə alıb. İmzatoplama kampaniyası ağır proses olsa da üzvlərimizin və dostlarımızın köməkliyi ilə bu çətin işi şərəflə başa vurduq. Hazırda seçki kampaniyasının aparılması və mexanizmləri üzərində işləyirik və inanıram ki, fərqli və maraqlı proqramla seçicilərin rəğbətini qazana biləcəyik”.

Afət Abbasova

Gununsesi.info