Fransa əsgərləri bu ölkədən tamamilə çıxdı

Nigerdə ​​qalan son fransız əsgərləri ölkəni tərk ediblər.

Nigerdəki fransız qoşunlarının sayı təxminən 1,5 min nəfər idi. Bu saydan 1346 hərbi qulluqçu artıq Fransaya qayıdıb, qalan 154 hərbçi də ölkəni tərk edib.

Gununsesi.info xəbər verir ki, Fransa hərbçiləri Niameydəki Fransa hərbi bazasını mərasim çərçivəsində Niger hakimiyyətinə təhvil verib.

Hərbi bazaya Fransa hərbçilərinin gedişini qeyd etməyə gələn nigeriyalılar da qatılıb.

Dekabrın 22-də Fransa “normal fəaliyyət göstərə bilmədiyi” üçün Nigerdəki səfirliyini bağlamaq qərarına gəlib.

Bundan əvvəl iyulun 26-da Nigerdə ​​hakimiyyətə gələn hərbi administrasiya Fransa səfiri Silvain İttaya avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat vaxt vermişdi. Lakin diplomat bu tələbi yerinə yetirməkdən imtina edib.

Səfir Itte “arzuolunmaz şəxs” elan edildikdən təxminən bir ay sonra, sentyabrın 27-də ölkəni tərk edib.

Niger hərbi idarəsi də Parislə hərbi əməkdaşlıq müqavilələrinə xitam verib və Fransa ordusunun ölkədən çıxarılmasını tələb edib.

Gununsesi.info