Rusiya Ukraynada bu qəsəbəni ələ keçidrdiyini açıqladı

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk istiqamətində Pobeda qəsəbəsini nəzarətə götürdüyünü bildirib.

Gununsesi.info xəbər verir ki, nazirliyin yaydığı açıqlamada Ukrayna-Rusiya müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Bundan əlavə, ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sisteminin, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.

“Hərbi əməliyyat başlayandan indiyədək 572 təyyarə, 266 helikopter, 13 min 137 İHA, 473 hava hücumundan müdafiə raket sistemi, 15 min 171 tank və zirehli texnika, 1223 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 8 min 138 haubitsa və minaatan və Ukrayna ordusuna məxsus 18 min 950 xüsusi təyinatlı hərbi maşın vurulub”, – deyə məlumatda bildirilib.

Gununsesi.info