İsrailli nazirdən dəhşətə salan açıqlama: “Qəzzanın dağıdılmasından qürur duyuram”

İsraildə qadınların statusunun inkişafı naziri May Qolan ölkəsinin aclıqdan və susuzluqdan ölmək məcburiyyətində qalan, ölkəsinin humanitar fəlakətə sürüklədiyi Qəzzanın “dağıdılmasından ilə qürur duyduğunu” bildirib.

Gununsesi.info xəbər verir ki, Qolan İsrail parlamentindəki çıxışında ölkəsinin Qəzzaya hücumlarını müdafiə edib.

“Mən şəxsən Qəzzanın dağıdılmasından qürur duyuruam. Hətta 80 ildən sonra hər körpə yəhudilərin etdiklərini nəvələrinə danışacaq”, – nazir bildirib.

İsrail 7 oktyabr 2023-cü ildən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 29 min 313 fələstinli həlak olub, 69 min 333 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Gununsesi.info