
Polşa-Ukrayna sərhədi hərbi və humanitar yardım üçün açılacaq. Yaxın bir neçə saat ərzində bu problem həll olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib. Onun sözlərinə görə, Polşa hərbi və humanitar yüklərin gecikmədən sərhəddən keçməsi üçün mühüm infrastrukturlar siyahısına avtomobil və dəmir yollarını da əlavə edəcək.
“Hərbi, humanitar və tibbi yardımın təxirə salınmadan Ukrayna tərəfinə çatması üçün biz Ukrayna ilə nəzarət-buraxılış məntəqələrini, avtomobil və dəmir yollarının müəyyən olunmuş hissələrini mühüm infrastrukturlar siyahısına daxil edəcəyik. Bu, yaxın bir neçə saatın məsələsidir”, – Tusk bildirib.
Baş nazir qeyd edib ki, bu qərar yollarda və magistral yollarda fərqli tipli təşkilati rejim demək olacaq. Polşa bundan “praktik nəticələr” çıxaracaq. Tusk onu da vurğulayıb ki, indiyədək Ukraynaya yardımın daşınmasında ciddi problem olmayıb.
Gununsesi.info