Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək

Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib ki, o, tezliklə Ermənistana silah istehsalçılarından ibarət böyük nümayəndə heyəti ilə səfər edəcək.

“Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəri olacaq”, – nazir söyləyib.

Gununsesi.info-nun xəbərinə görə, nazir  qeyd edib ki, Fransa İrəvana kömək etmək və “müdafiə potensialını artırmaq” üçün “məsuliyyət daşıyır”.

S.Lekornunun sözlərinə görə, xüsusilə, söhbət yerdən havaya müdafiə və zirehli texnikadan gedir:

“Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir”.

Dünən “Bloomberg” agentliyi Fransanın Ukraynaya hərbi yardım göstərməklə bağlı problemləri barədə məlumat yayıb.

Fransa məhdud büdcə səbəbindən Ukraynaya 3 milyard avro dəyərində hərbi yardımı (raket və artilleriya sursatlarının tədarükü) ödəməkdə çətinlik çəkir.

Gununsesi.info