İran liderinə “Facebook” və “Instagram”dan QADAĞA

Meta” İranın dini lideri Ayətullah Əli Xamneyini “qara siyahı”ya salıb.

Gununsesi.info xəbər verir ki, Xamneyi “zorakılıq hadisələri ilə əlaqəli” bir sıra insanların “Facebook” və “Instagram” hesablarını dayandıran Meta tərəfindən qadağan edilən adlar arasında olub.

Texnologiya nəhəngi bu barədə açıqlama verib. “Təhlükəli qurumlar və fərdlər qaydalarımızı dəfələrlə pozan hesabları sildik”, məlumatda deyilir.

Qərara uyğun olaraq, İran liderinin ingilis və fars dilində olan hesabları silinib. İsrailyönlü qruplar uzun müddətdir Qəzzadakı müharibəni tənqid edən Xamneyinin sosial media hesablarının bağlanması üçün şikayət edib.

Sosial medianın aktiv istifadəçisi olan Xamneyinin farsca “Instaqram” hesabını 5 milyondan çox insan izləyib.