
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, PKK/YPG–nin “Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi”ni açması ilə əlaqədar İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkili XİN-ə çağırılaraq, ondan izahat istənilib.
İsveçrə səlahiyyətlilərinin əvvəlcə də belə təşəbbüsdə olduğu xatırladılıb, terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb.
Həmçinin qeyd olunub ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır:
“Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”.