Dost dar gündə tanınar..

  • By ilhame
  • 11 Avqust 2021 19:14

Türkiyədə meşə yanğınları ilə əlaqədar Azərbaycandan könüllü olaraq dəstəyə gedənlərdən biridə təlimçi, gənc fəal Aga Mehdiyevdir.

Aga öz sosial şəbəkə hesabında gündəlik olaraq paylaşımlar edərək mütəmadi durumla baglı xəbərlər verir :

– Ümumiyyətlə, kömək etmək insanlara görə fərqli-fərqli mənaları ifadə edə bilər. Şəxsən özümə görə birini çətin durumda sadəcə qəlblə, ruhən dinləmək, ona sevgi, ümid aşılamaq da böyük yardımdır.

Bəzən sadəcə insanın dəstək niyyəti ilə lazımı yerdə olması da insanlara böyük mənəvi yardımdır.Yaxud fəlakətdən zərər görənlərin yükünü daşımaq, su yardımı etmək, heyvanlara diqqət göstərmək də mümkündür.

Ətraf mühitin çirkləndirilməsi, ekoloji problemlər ilə ilə bağlı layihəm zamanı Estoniyadan İspaniyaya qədər velosiped ilə getmiş, bir sıra mövqelər sərgiləmişdim. Bu dəfə isə qardaş Türkiyədə – yanğının nəticələrinə görə insanların, ətraf mühitin, heyvanların fəryadının göylərə ucaldığı bir məkandayam.

Hazırda prosesdəyəm, şəraitlərə uyğun olaraq qərarlar vermiş olacağam. Fikir və əməllərimdə kimsəni təmsil etmirəm, səhvlərimə görə özüm məsuliyyət daşıyıram. Birdən hər hansı faydalı işlər görmüş olsam, buna görə şəhidlərə, xalqıma, dəyərlərimə, düşüncə sahiblərinə, Allaha borcluyam…

Nəsib olduqca sizinlə məlumatlar bölüşəcəm. Belə işlərdə dəstək olmaq istəyənlərin bölüşdüyüm məlumatları, kontentləri olduğu kimi onların da bölüşməsi ən böyük yardımdır.

Bildiyiniz kimi hazırda Manavgatdayam. Yanğından zərər görmüş insanlara müxtəlif formalarda dəstək olmağa cəhd edirəm.

Bir neçə gün öncə dostlardan biri orada ziyan görmüş, köməyə həqiqi ehtiyacı olan bir ailəyə 100 ABŞ dolları məbləğində dəstək olmaq istədiyini bildirdi.

Mən, nəsib olsa, 13 avqust tarixində maddi dəstək olmaq üçün birbaşa ailələləri ziyarət etmiş olacağam.

Əgər birdən kimsə bu prosesə qoşulmaq istəsə, 1 AZN dəyərində belə öz töhfəsini vermək istəsə, zəhmət olmasa, bunları edər:

1. Yardım edərkən “Azərbaycan insanının dəstək olduğunu” söyləyəcəm, edilən köməyi öz ünvanıma yazmayacam,bu prosesdə sadəcə vasitəçi olacam.Əsas sizin töhfənizdir.

2. Bu posta, mümkünsə, dost, tanışlarınızı tag edin ki, daha çox insan görmüş olsun.

3.Əgər nəsə bir hal baş verərsə, mənimlə Instagram, Messenger, WhatsApp ilə birbaşa əlaqə yarada bilərsiniz : (+994 55 233 31 13)

4.Karta gəlmiş olacaq vəsaiti nağdlaşdıranda istər-istəməz hansısa həddə BANK özünə pul götürmüş olacaq, məsələn 10 AZN-ə 1 AZN.Tam dəqiq nə qədər çıxacağını bilmirəm.

Pul köçürmək üçün son tarix BAKI VAXTI İLƏ 13:00, 13 avqustdur.

Gununsesi. info