
Haiti prezideti Jovenel Moizin öldürülməsi ilə bağlı araşdırmalar davam edir.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, cinayəti törədən şəxslərdən 6-sı Kolumbiya ordusunda xidmət keçən zaman ABŞ-da təlim görüb.
Kolumbiya polisinin məlumatına görə, prezidentin öldürülməsi barədə əmri Ədliyyə Nazirliyinin məmuru Jozef Feliks Badio verib. Cinayət planı ABŞ-ın Mayami şəhərində verilibmiş. CTU Security Servis mühafizə şirkəti ilə yanaşı, Ceyms Solaj, Toni İntriaqo və Emmanuel Sanon adlı keçmiş kolumbiyalı hərbçilər faktla bağlı saxlanılıb.