Koronavirus mutasiya etdi – Ölüm ehtimalını 82% artıran ŞTAM

İlk dəfə ABŞ-da aşkar olunan koronavirusun “yota” ştamı (B.1.526) infeksiyadan ölüm hallarını kəskin artıra bilər.

Gununsesi.info  Nyu-Yorkun psixoloji gigiena və səhiyyə departamentinə istinadən xəbər verir ki, alimlərin apardığı araşdırma bunu deməyə əsas verir.

Belə ki, Nyu-York şəhərində 2020-ci ilin noyabrından 2021-ci ilin aprelinə qədər aparılan araşdırmalar zamanı bu virusun digər mutasiyalarla müqayisədə 15%-25% daha tez yayıldığı müəyyən olunub.

65-80 yaş arasında pasientlər arasında “yota”dan ölüm halları digər ştamlarla müqayisədə 82%-ə qədər artır.