
İsveçdə yaşayan və ölkə bayraqlarını meydanlara cızan rəssam bu yaradıcılığı ilə maraqları üzərinə çəkib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir çox ölkələrin bayraqlarını yerdə rəngləyən sənət adamı Türkiyə bayrağını isə dik formada hazırlayıb. Onun bu addımı bayraqlarını dalğalandıran Türkiyə vətəndaşlarının könlünü oxşayıb.
Paytaxt Stokholmda Drottinqatan meydanındakı bu yaradıcılıq əsəri meydandan keçən insanlar tərəfindən diqqət toplayıb.