
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 184 420 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 667 tank, 7 120 zirehli maşın, 2 825 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 2 386 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 707 avtomobil texnikası və avtosistern, 332 xüsusi texnikadan ibarətdir.
Gununsesi.info