Rusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var

Fevralın 7-də Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində 4 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

“Kiyevin Qoloseyevski rayonunda hündürmərtəbəli binada dördüncü qurbanın cəsədi dağıntılar altından çıxarılıb. 19 nəfər yaralanıb. Evin 60 sakini təxliyə edilib”, – o, Telegram-da yazıb.

Kiyevin meri Vitali Kliçko da öz növbəsində səhər atəşi nəticəsində 35 nəfərin yaralandığını bildirib.

“Hücum nəticəsində 18 mərtəbəli yaşayış binasının bir neçə mərtəbəsinin zədələndiyi paytaxtın Qoloseyevski rayonunda təcili yardım xidmətləri işlərini davam etdirir. İndi yenilənmiş məlumatlara görə, evin dörd sakini ölüb. Yaralılardan 32-si Qoloseyevski rayonunda, üçü isə Dnepr rayonunda olub”, – Kliçko Telegram-da yazıb.