Flora Kərimova səsvermə zamanı kövrəldi -Video

Xalq artisti Flora Kərimova da növbədənkənar prezident seçkilərində iştirak edib.

Gununsesi.info – nun məlumatına görə, sənətçi həmin anları sosial media hesabında paylaşıb.

F.Kərimova səs verərkən “Məni vətənimə qaytaran, onu mənə vətən edən, başımı uca saxlayan, namusumuzu qoruyan nəhəng övladıma səs verirəm. İlham Əliyevə səs verirəm, əcəb edirəm!” sözlərini deyib və kövrəlib.