Epşteyn SKANDALI böyüyür: Yeniyetmə qızları öz şəbəkəsinə necə cəlb etdikləri üzə çıxdı – FOTO

ABŞ-da qızlara qarşı cinsi zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi yaratdığına görə həbsdə olarkən həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteynin işi ilə bağlı yeni açıqlanan sənədlərdə Epşteynin gənc qızları necə aldatdığına dair təfərrüatlar aşkara çıxıb.

Gununsesi.info xəbər verir ki, çərşənbə günü ilk dəfə açıqlanan və ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Trampın, İngiltərə kralı III Çarlzın qardaşı Şahzadə Endryu və bir çox digər məşhur şəxslərin adlarının yer aldığı iş materiallarından sonra daha 19 daha əvvəl bağlanmış fayl ictimailəşdirilib.

Təxminən 300 səhifədən ibarət olan yeni açıqlanan fayllarda bu dəfə məşhur adlardan çox Epşteyn və sevgilisi Ghislaine Maksvellin “yetkinlik yaşına çatmayan gənc qızları aldatdıqları” üsullarla bağlı detallar ön plana çıxıb.

Amerika mətbuatında əksini tapan xəbərə görə, bir vaxtlar Epşteynlə bağlı araşdırma aparan detektiv Cozef Rekarinin ifadələri də söz mövzusu fayllarda geniş yer alıb.

Rekari ifadəsində Epsteinin azyaşlı qızları masajçı və ya qulluqçu kimi evinə apardığını, bəzilərinin isə model olacağıq vədi ilə aldadıldığını, sonra isə varlı adlara satıldığını bildirib. Dedektif Epşteynin evində işləyən ən azı 30 qızdan istintaq ifadəsi aldığını bildirib.

Sənədlərdə Maksvellin Epşteynə yetkinlik yaşına çatmayan qızları tapmaqda nə vaxt və necə kömək etməsi ilə bağlı bəzi təfərrüatlar da var.

Sənədlərdəki ifadələrin birində Epşteynə qarşı əsas iddiaçı Virciniya Giuffreyə istinad edərək, Bill Klintonun “Vanity Fair” jurnalını Epşteynin fahişəlik şəbəkəsi yaratdığını iddia edən məqalə dərc etməməklə hədələdiyi iddiası var. Eyni faylda Giuffre həmçinin Klintonun Epşteyn tərəfindən idarə olunan fahişəlik şəbəkəsi haqqında ətraflı məlumatı olduğunu və bu ad altında dəfələrlə səyahət etdiyini iddia edib.

Epşteyn işi sənədlərinin yeni hissələrinin cümə günü və gələn həftə açıqlanmasına davam ediləcəyi və yeni adların da sözügedən sənədlərə daxil ediləcəyi qeyd edilib.

Bunlara Şahzadə Endryu, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Tramp, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, illüziyaçı Devid Kopperfild, hüquqşünas Alan Derşovits və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson daxildir. Çərşənbə günü onların adlarını ehtiva edən iş materialları ictimaiyyətə təqdim edilməyə başlanıb.

Sənədlər həmçinin Johanna Sjobergin 2001-ci ildə Epşteinin Manhettendəki mənzilində Şahzadə Endryu tərəfindən təcavüzə məruz qaldığına dair ifadəsini ortaya qoyub, lakin Şahzadə Endryu təcavüz iddiasını rədd edib. Klinton və Trampın adları sənədlərə daxil edilsə də, keçmiş prezidentlərə qarşı heç bir ittiham irəli sürülməyib.

İş materiallarında Sjobergin Bill Klintonu gənc qadınları bəyənməkdə günahlandırdığı və Epşteynin Nyu Cersidəki məkanlarına getməzdən əvvəl Trampla əlaqə saxladığı iddia edilib. Bill Klintonun nümayəndələri iddia edirdilər ki, keçmiş prezidentin Epşteynin cinayətlərindən xəbəri yoxdur.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı federal həbsxanada məhkəməni gözləyərkən intihar edib. O, bəziləri 14 yaşında olan onlarla qıza qarşı cinsi istismar ittihamları üzrə özünü təqsirli bilməyib.

Gununsesi.info