Benzema Səudiyyə Ərəbistanına getməyinə peşman oldu – Avropaya qayıtmaq istəyir

Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasında çıxış edən Kərim Benzema ölkə mədəniyyətinə öyrəşə bilməyib və Avropaya qayıtmaq qərarına gəlib.

Gununsesi.info bildirir ki, “Marca”da çıxan xəbərə görə, Benzema ölkənin həyat şəraitini və futbol anlayışını ondan olduqca uzaq görür. Bu səbəbdən fransalı hücumçu Avropaya qayıtmaq qərarına gəlib.

Hələlik Real Madridə qayıtmaq imkanı olmayan Benzemanın yeni ünvanının hara olacağı maraq doğurur. Fransız hücumçu bir müddətdir ki, komanda ilə məşqdə iştirak etmir.

 

Gununsesi.info