Rusiya hərbi kontingentinin icazəsi olmadan kimsə, mina yerlışdirə bilməzdi

  • By admin
  • 19 Sentyabr 2023 15:42
Xəbər verdiyimiz kimi, Azərbaycanın ordusu və hüquq-mühafizə orqanları Qarabağda anti-terror əməliyyatlarına başlayıb.
Siyasi şərhçi Anar Məmmədli Gununsesi.info-ya bildirib ki, mina partlayışları nəticəsində 14 nəfər Azərbaycan vətəndaşının ölümündə Rusiyanın məsuliyyət payı böyükdür:
“Bugün Qarabağda erməni hərbi birləşmələrinə qarşı anti-terror əməliyyatının başlamasına rəvac verən əsas faktor mina partlayışları nəticəsində 14 nəfər Azərbaycan vətəndaşının ölümüdür.
Minaların Qarabağ ərazisində yerləşdirlməsinə görə oradakı Rusiya hərbi kontingenti də məsuliyyət daşıyır. Onların icazəsi olmadan kimsə, mina yerlışdirə bilməzdi”.
Afət Abbasova
Gununsesi.info