Qarabağ erməniləri həm Azərbaycan, həm də Ermənistan vətəndaşı ola bilərmi? - HÜQUQŞÜNASLAR BUNU ZƏRƏRLİ HESAB EDİR

  • By admin
  • 07 Sentyabr 2023 12:11

Qarabağda yaşayan erməni əhalisinin humanitar fəlakətlə üz-üzə qalması, fundamental hüquq və əsas azadlıqlarının pozulması ilə bağlı dünyada saldığı səs-küy Azərbaycan əleyhinə fikir formalaşdırır. 

Avropadakı erməni lobbisinin xüsusilə, Fransa hökumətinə təsirləri bu ölkənin Azərbaycana qarşı haqsız hücumlarına səbəb olub.

Bir sıra xarici ekspertlər isə təklif edir ki, Azərbaycan ikili vətəndaşlıq haqqında qanun qəbul etməlidir. 

Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər ikili vətəndaşlıqda qalmağa razı ola bilər. 

Ancaq Azərbaycanın tanınmış hüquqşünasları bunu zərərli hesab edir:

Vəkil Hafiz Həsənov  Gununsesi.info-ya bildirib ki,   qanunvericiliyimiz  Azərbaycanda ikili vətəndaşlıq tanınmır: “Hesab edirəm ki, Qarabağda yaşayan erməni mənşəli şəxslərə həm Azərbaycan, həm də Ermənistan vətəndaşı statusunun verilməsi üçün qanunvericiliyə dəyişiklik etmək yolverilməzdir. Çünki, qanunvericiliyə belə bir dəyişiklik erməni separatizmi üçün hüquqi əsaslar yarada bilər. Ona görə də, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidirlər”.

Vəkil Fuad Ağayev isə bildirir ki,  bizdə tez-tez ikili vətəndaşlığı iki və daha çox vətəndaşlığı olmaqla qarışdırılar: “İkili vətəndaşlıq məsələləri dövlətlərarası müqavilələrlə nizamlanmalıdır, belə müqavilələrdə bir sıra məsələlər, o cümlədən hərbi mükəlləfiyyət, vergi məsələləri, mülkiyyət hüququ və s. ilə bağlı məsələlər həllini tapmalıdır. Azərbaycan Respublikasının isə heç bir dövlət ilə belə müqaviləsi yoxdur. Sülh müqaviləsi qüvvəyə minməmiş Ermənistanla bağlı belə addımın atılması ziyanlıdır”.

 

Afət Abbasova

Gununsesi.info