Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək - ARİF HACILI

  • By admin
  • 12 Sentyabr 2023 22:17

Putin Dağlıq Qarabağın tam olaraq, üstəlik Laçın və Kəlbəcərin dəhliz kimi Ermənistana verilməsi planının baş tutmamasına görə məyusluğunu gizlətmir”

Bunu Gununsesi.info-ya açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Qarabağda yaranmış durumla bağlı fikirlərini şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun sözlərinə görə, Putin, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün Paşinyana qarşı qəzəbini açıq ifadə edir:

“Bununla belə Putini Azərbaycanın dostu kimi təbliğ edən soydaşlarımız da var.

Özünü l Pyotrun ardıcılı kimi təqdim etməyə çalışan Putin Rusiyanın Pyotrun çarlığı dövründə başlayan və 1828-ci ildə Azərbaycan ərazilərində erməni vilayətinin yaradılması ilə nəticələnən siyasətini yalnız Paşinyanla münasibətlərə görə dəyişdirməyəcək.

Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək və onu yalnız Ukrayna cəbhəsində ağır məğlubiyyət durdura bilər”.

 

Afət Abbasova 

Gununsesi.info