
“Azərbaycan dünyanın demokratik kəsimi ilə nümayiş etdiyirdi inadkarlığa son verməli, Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusları azad etməlidir.
Artıq beynəlxalq insan haqları təşkilatlarının bu çağırışlarına ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər də qoşulub”.
Bunu Gununsesi.info-ya açıqlamasında Demokratiya Monitorunun direktoru Fuad Həsənov deyib.
Hüquq müdafiəçsinin sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın insan hüquqlarının durumuna görə tənqid edilməsi vəziyyətin ciddiliyindən xəbər verir: “Hesab edirəm ki, nəhayət, hakimiyyət siyasi iradə nümayiş etdirməli vəziyyəti dəyişməlidir. Azərbaycanda insan haqları problemi hansısa beynəxlaq insan haqları təşkilatları tərəfindən dilə gətirilirdi. İndi ABŞ və Avropa ölkələrinin ən yüksək rəsmiləri tərəfindən bu çağırışlar edilir. Böyük Britaniya Parlamentində Azərbaycan kəskin tənqid olundu. Hökumət inadkarlığı yerə qoymalıdır”.
Afət Abbasova
Gununsesi.info